Villanın həyətində bağbanın meyiti tapıldı - BAKIDA
13-06-2017 12:20

Bakıda bağban işlədiyi həyətdə vəfat edib.
1960-cı il təvəllüdlü Qəhrəmanov Sədi Süleyman oğlu bağban kimi işlədiyi Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən villanın həyətində qəfil vəfat edib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
"Qafqazinfo”nun məlumatına görə, bağbanın vəfat etdiyi bağ millət vəkili Ərəstun Cavadova məxsus olub.
Araşdırma aparılır.