Kim Çen İndən Putinə dəstək
13-06-2017 00:14
Şimali Koreya lideri Kim Çen İn Rusiya xalqını və Prezident Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, diktator təbrik məktubunda Kreml rəhbərinə siyasi fəaliyyətində uğurlar arzulayıb.
Bundan əlavə, Kim Çen İn Şimali Koreya ilə Rusiya xalqları arasında əlaqələrin uzaq keçmişə söykəndiyini və bu əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.