​Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalı artıb

 Kənd təsərrüfatında yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 mln. ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2,0%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.
Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb.