İŞİD-in tərkibində döyüşən azərbaycanlıya HÖKM OXUNDU

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlı Rusiyada həbs olunub.
ng72.ru saytının verdiyi məlumata görə, Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib.
İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov terrorçular tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib.
Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib.
Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya - "Camaat əbu-Hənifə"-yə qoşulub.
Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb.
Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib.
Beynəlxalq axtarışda olan A. Məmmədov 2015-ci lilin avqustunda Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Daha sonra o, Rusiyaya ekstradisiya olunub.
A. Məmmədov qeyri-qanunu silahlı dəstə yaratmaqda və tərkibində döyüşməkdə təqsirləndirilərək məhkum edilib(apa).