"Beşiktaş" Türkiyə Super Liqasının çempionu oldu
15-05-2016 22:42

Bu gün Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, həftənin ilk oyununda “Antalyaspor” öz meydanında “Trabzonspor”un daşını daş üstə qoymayıb. Aralıq dənizi sahilinin təmsilçiləri “qaradənizlilər”in qapısında 7 cavabsız top keçirib.
Bu turda 2015/16 mövsümünün çempionu bəlli olub. "Beşiktaş" sona bir tur qalmış öz meydanında "Osmanlıspor"u məğlub edərək çempionluğunu rəsmiləşdirib.
“Beşiktaş” – “Osmanlıspor” - 3:1
Qollar: Marselo, 21, 24, Qomez, 48 - Vebo, 74
“Antalyaspor” – “Trabzonspor” – 7:0
Qollar: Ömər, 18, 49, 79, Çarles, 22, Makun, 37, Etame, 51, 62