Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur
21-10-2026 14:42
Baxış sayı:
354

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.
Muxalifet.az APA-ya istinadla xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfinfən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.




















