Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı - YENİLƏNİB

Baxış sayı:
399

Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.

Muxalifet.az Oxu.az-a istinadla xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.

Həmin şəxs mütəmadi spirtli içki qəbul edirmiş. O, həmin gün də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.

Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.

Qeyd edək ki, Ermənistan mətbuatının Berd rayonundakı mənbələrinə istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığından qarşı tərəfə keçib və Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

***

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.

Muxalifet.az bu barədə Oxu.az-a istinadla xəbər verir.

Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.