İranda təsdiqlənmiş ölü sayı 6 mini keçdi – 17 min insanın qətli hələ də araşdırılır...

Baxış sayı:
319

Yanvarın 26-da İranda təsdiqlənmiş ölü sayı 6 min 126 nəfərə çatıb.

Məlumatı ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yayıb. Onlardan 5 min 777-si etirazçı, 214-ü hökumətə bağlı qüvvələrin üzvləri, 49-u etirazlarda iştirak etməyən şəxslər, yaxud mülki vətəndaşlar olub. Qrupun məlumatına görə, 17 min 91 ölüm halı hələ də araşdırılır.

ABŞ Prezidenti Donald Tramp yanvarın 26-da "Axios"a müsahibəsində İranla bağlı vəziyyətin "dəyişkən" olduğunu deyib. O bildirib ki, bölgəyə "böyük donanma" göndərib, amma onu da əlavə edib ki, Tehranın gerçəkdən razılaşma əldə etmək istədiyini düşünür.