​İranda gənc siyasi məhbus işgəncə nəticəsində öldürüldü

Baxış sayı:
273

İki ay əvvəl Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan gənc siyasi məhbus Rza Sorağinin təhlükəsizlik təcridxanasında işgəncə nəticəsində öldüyü bildirilib.
"Iran News" xəbər verir ki, insan haqları təşkilatlarının məlumatına görə, Sorağinin meyiti ailəsinə təhvil verilib. Onun yaxınlarına ölüm səbəbini açıqlamamaq və yas mərasimini sakit keçirmək üçün təzyiq göstərildiyi qeyd olunub. Ailə üzvlərinin çəkdiyi görüntülərdə Sorağinin bədənində çoxsaylı yara izləri və ağır işgəncə əlamətləri görünür.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik hər hansı açıqlama verilməyib.