Əvəz Zeynallının azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə TƏŞƏKKÜR EDİLDİ

Baxış sayı:
565

Xəbər verdiyimiz kimi, aprelin 14-də bir qrup hüquq müdafiəçisi, media nümayəndələri və ictimai-siyasi xadimlər "Xural" televiziyasının rəhbəri Əvəz Zeynallının sağlıq durumu ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər.

Muxalifet.az xəbər verir ki, bu müraciətdən təxminən 10 gün sonra Əvəz Zeynallı azadlığa buraxıldı.

Belə ki, bu gün "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.

Qeyd edək ki, məlum qərardan sonra Ə. Zeynallının azadlığa buraxılması ilə əlaqədar müraciətə imza atan hüquq müdafiəçiləri, media nümayəndələri və ictimai-siyasi xadimlər Prezidentə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, 14 aprel tarixində Prezident İlham Əliyevə ünvanlanan müraciətə aşağıdakı şəxslər imza atmışdılar:

Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
Arzu Abdullayeva – Hüquq müdafiəçisi
Səidə Qocamanlı – Hüquq müdafiəçisi
Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
Hilal Məmmədov – Hüquq müdafiəçisi
Fikrət Cəfərli – Hüququ müdafiəçisi
Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
Mehman Əliyev – jurnalist
Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
Sevil Nuriyeva – Jurnalist
Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
Elçin Zahiroğlu – jurnalist
İkram Rəhimov – jurnalist
Ceyhun Musayev – jurnalist
Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
Murad Köhnəqala – yazıçı, jurnalist
Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
Kamran Həsənli – aparıcı jurnalist
Rüstəm Behrudi – Şair
Niyaz Niftiyev – Tarixçi, jurnalist
Elxan Şükürlü – jurnalist
Fadil Paşayev – Konkret az saytının rəhbəri
Bəhram İsmayıl – ABP sədri
Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
İqbal Ağazadə – Ümid Partiyasının sədri
Qorxmaz İbrahimli – MHB rəhbəri
Hafiz Hacıyev – Müasir Müsavat partiyasının sədri
Sərdar Cəlaloğlu -Azərbaycan Demokrat Partiyasının sədri
Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
Səbirə Mahmudova – veteran jurnalist
Elçin Həsənzadə – Hüquq müdafiəçisi
İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı
Vasif İsmayıl – Həkim uroloq
Nigar Ögeday – Jurnalist
Rada Abbas – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nin rəhbəri
Sevinc Telmanqızı- TV Müsavatın baş redaktoru
Akif Aşırlı- Əməkdar jurnalist
Elçin Rüstəmli -Jurnalist, siyasi şərhçi
Gülnaz Qənbərli – Azad Media TV.com saytının təsisçisi və baş redaktoru
Namiq Dəlidağlı – AYB, AJB üzvü, manevr.az saytının təsisçisi
Elnurə Abuşova – Azadmedia.az Xəbər Portalının baş redaktoru
Arzu Qazıyeva – jurnalist
Yusif Məhəmmədoğlu –
“Xəbərlər” İnformasiya Agentliyinin Baş redaktoru
Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
Aslan Həmidli – Gələcək Azərbaycan Partiyası
Bünyamin Bünyadzadə – Respublikainfo.com Media Qrupu
Hüseyn Mustafabəyli – “Araz” Media Qrupunun təsisçisi və baş redaktor
Fazil Abasquluzadə – Əməkdar Mədəniyyət İşçisi. Rəssamlar İttifaqının üzvü. Beynəlxalq Rəssamlar Fondun üzvü. Xalçaçı rəssam.
Nadir İsmayılov – Əməkdar Jurnalist
Aqil Ələsgər – Jurnalist
Təranə Musayeva – AYB-nin üzvü
İltifat Hacıxanoğlu – Jurnalist
Bitərəf Nəbiyev- News365.az saytının, tv365 kanalının rəhbəri
Nəzirməmməd Zöhrabll – Jurnalist-publisist
Xanımlar Əhmədov – Jurnalist
Yusif Məhəmmədoğlu –
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru
Günay Hüseyn – tarix üzrə fəlsəfə doktoru
Cavanşir Abbaslı – AĞ Partiya sözçüsü, “Yeni Müsavat” qəzetinin siyasi yazarı
Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
Akif Xansultanlı – Jurnalist
Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
Bakir Həsənbəyli – Conflict.az saytının baş redaktoru, jurnalist
Rövşən Hüseynov AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
Lətif Qara Musa – Sabiq hərbi qulluqçu
Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
Samir Adıgözəlli -“Böyük Millət” xəbər portalı və İSBAM
Pərviz Həşimli – Jurnalist
Köçəri Nağıbəyli – Jurnalist