108 HAUBİTSA, 26 MİN “JAVELİN”, 1400 “STİNGER”, 220 MİN ARTİLLERİYA MƏRMİSİ... – ABŞ-ın Ukraynaya hərbi yardımı...

Baxış sayı:
1768

“Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ABŞ Ukraynaya 108 haubitsa, 26 min “Javelin” və digər tank əleyhinə sistemlər, 1400 “Stinger” ötürüb”.
Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi Twitter-də məlumat yayıb.
"Putinin Ukraynaya qarşı müharibəsi başlayandan bəri prezident Bayden Ukraynaya 11 dəfə hərbi dəstək elan edib. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukrayna xalqını öz ölkəsini müdafiə etmək üçün lazım olan hər şeyi təmin etmək üçün çalışırıq", - səfirlik vurğulayıb.
Bildirilir ki, ABŞ-ın təhlükəsizlik yardımının ümumi məbləği artıq 4,6 milyard dollara çatıb. O cümlədən, Ukrayna 108 haubitsa, 26,5 min tank əleyhinə raket sistemi (o cümlədən Javelin), 1,4 min “Stinger” portativ hava hücumundan müdafiə sistemi, 220 min artilleriya mərmisi, 50 milyon patron, 75 min dəst zireh və dəbilqə alıb.