ALMANİYA UKRAYNAYA IRIS-T RAKETLƏRİ GÖNDƏRƏCƏK – Şoltz: “Bu, Almaniyanın ən müasir hava hücumundan müdafiə sistemidir"

Almaniya kansleri Olaf Şolz Bundestaqda ölkəsinin Ukraynanı IRIS-T hava hücumundan müdafiə raketləri ilə təchiz etmək qərarını açıqlayıb.
Qafqaz.media xəbər verir ki, bu barədə “Reuters” yazır.
"Hökumət IRIS-T sistemlərini köçürmək qərarına gəldi. Bu, Almaniyanın ən müasir hava hücumundan müdafiə sistemidir", Şolts deyib.
Kanslerin sözlərinə görə, tədarüklər Almaniya hakimiyyəti tərəfindən dəstəklənən “Diehl Defense” istehsal şirkəti tərəfindən həyata keçirilib.
Bundan əvvəl Yunanıstanın Müdafiə Nazirliyi Almaniya kansleri Olaf Şolzun BMP-1 zirehli piyada maşınlarının Ukraynaya göndərilməsi və onların Almaniya istehsalı olan texnika ilə əvəzlənməsi barədə bəyanatını təsdiqləyib.
Olaf Şolz isə bildirmişdi ki, Yunanıstan Ukraynaya sovet tipli tanklar təhvil verəcək və bunun müqabilində Berlin Afinanı zirehli texnika ilə təmin edəcək. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sammitdən sonra keçirdiyi mətbuat konfransında Ukraynaya zirehli texnika göndərilməsi qərarını gizlədib.