​RUS ORDUSU BU İSTİQAMƏTDƏN HÜCUMA KEÇDİ... – Ukrayna Silahlı qüvvələrindən açıqlama

Baxış sayı:
1748

“Düşmən Severodonetskin mərkəzinə yerləşib”.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, təcavüzkar bölmələr aviasiyanın dəstəyi ilə əsas səylərini Donetsk istiqamətində hücum əməliyyatlarının aparılmasına cəmləşdirir.
“Düşmən itki vermək və qoşunlarımızın şəxsi heyətini tükəndirmək məqsədilə təmas xətti boyunca minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəşi sistemlərindən atəş açır”, - deyə Baş Qərargahdan bildirilib.
Xatırladaq ki, 31 may 2022-ci ildə Severodonetskdə rus qoşunları yerli kimya zavodunun ərazisində yerləşən azot turşusu olan anbarı partladıblar. Vətəndaşlar dərhal soda məhlulu ilə isladılmış üz maskaları hazırlamağa çağırılıb.