PUTİNİN İŞĞALÇI ORDUSUNUN DAHA 250 HƏRBÇİSİ MƏHV EDİLDİ - Rusiyanın müharibədəki itkilərinin sayı 30 min nəfəri keçdi / İnfoqrafika

Baxış sayı:
964

Rusiya işğalçılarının Ukraynada itirdiyi hərbçilərinin sayı 30 min nəfəri keçdi. Təkcə ötən gün ərzində - mayın 27-də Ukrayna əsgərləri daha 250 işğalçını məhv edib.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

24 fevraldan bu günədək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən  aşağıdakı kimidir:

Canlı qüvvə - təxminən 30.000 (+250) nəfər məhv edilib,

Tank - 1 330 (+8) ədəd,

zirehli döyüş maşınları - 3 258 (+12) ədəd

artilleriya sistemləri - 628 (+5) ədəd,

MLRS-203 (+2) ədəd,

hava hücumundan müdafiə sistemləri - 93 (+0) ədəd,

təyyarə - 207 (+1) ədəd,

helikopter - 174 (+4) ədəd,

İHA əməliyyat-taktiki səviyyə-503 (+0),

qanadlı raketlər - 116 (+1),

gəmilər / qayıqlar - 13 (+0) ədəd,

avtomobil avadanlığı və tankerləri - 2226 (+0) ədəd,

xüsusi texnika - 48 (+0).

Rusların ən böyük itkiləri (son sutka ərzində) Avdeyevski və Krivoy Roq istiqamətlərində müşahidə olunub.

Qafqaz.media