​RUSİYA ORDUSUNUN DAHA 400 HƏRBÇİSİ MƏHV EDİLDİ –Putinin işğalçı qüvvələrinin itkiləri haqda son açıqlama / SİYAHI

Baxış sayı:
919

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunndan bu yana Putinin işğalçı ordusu 28.300 əsgərini itirib. Bundan əlavə, işğalçıların 1251 tank, 202 təyyarə, 167 helikopter və 441 İHA-sı sıradan çıxarılıb.
Qafqaz.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının itkilərinin yenilənmiş statistikasını özünün rəsmi “Facebook” səhifəsində dərc edib. Məlumatlar həm ümumi, həm də gündəlikdir.
Rusiyanın Ukraynadakı itkiləri:
Canlı qüvvə - təxminən 28,300 nəfər (+400);
tanklar - 1251 ədəd (+16);
zirehli döyüş maşınları - 3043 ədəd (+16);
artilleriya sistemləri - 586 ədəd (+8);
MLRS - 199 ədəd (+1);
hava hücumundan müdafiə sistemləri - 91 ədəd (+1);
təyyarə — 202 ədəd (+1);
helikopterlər — 167 ədəd (+0);
avtomobil avadanlığı və yanacaq-sürtkü materialları olan çənlər - 2137 ədəd (+28);
gəmilər/qayıqlar — 13 ədəd (+0);
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 441 ədəd (+5);
xüsusi avadanlıq — 43 ədəd (+0);
qanadlı raketlər - 102 ədəd (+5).
Bütün məlumatlar bir çox bölgələrdə döyüşlərin yüksək intensivliyi səbəbindən dəqiqləşdirilir.
Xatırladaq ki, ən aktiv döyüşlər Donbassda - Luqansk və Donetsk vilayətlərində gedir. Baş Qərargahdan verilən son məlumata görə, işğalçılar Limanski, Severodonetski, Baxmutski, Avdeyevski və Kuraxovski istiqamətlərində hücuma keçməyə çalışır. Ruslar səylərinin bir hissəsini Drobışevo yaşayış məntəqəsinin tamamilə ələ keçirilməsinə və Limanın Şimaldan qarşısının alınmasına yönəldiblər.
Ümumiyyətlə, ukraynalı müdafiəçilər bir gündə Donbasda 12 raşist hücumunu dəf ediblər.
Muxalifet.az