“BAYRAKTAR” RUSİYA TANKINI BELƏ “OVLADI” - Xarkov vilayətində “T-80”-nin vurulma anı / VİDEO

Baxış sayı:
1810

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiyanın “T-80” tankının ovunu nümayiş etdirib.
Qafqaz.media bu barədə UNİAN-a istinadən xəbər verir.
Görüntülərdə “Bayraktar” tərəfindən Xarkov vilayətində rusların “T-80” tankının məhv edilmə anı əks olunur.
Xatırladaq ki, bundan əvvəl “Bayraktar”ın Rusiyanın “T-80” tankları ilə necə məharətlə davrandığı haqda yazmışdıq. Bir neçə dəqiqə ərzində hədəf iki kilometrə yaxın yüksəklikdən tank əleyhinə raketlə məhv edilib.
Ukrayna Baş Qərargahının məlumatına görə, mayın 18-də səhər saatlarında Ukrayna əsgərləri artıq düşmənin 1235 tankını məhv ediblər. O cümlədən, təkcə son 24 saat ərzində 16 bölmə ləğv edilib.