​RUSİYA ORDUSUNUN DAHA 75 DÖYÜŞÇÜSÜ MƏHV EDİLDİ - Ukrayna Silahlı Qüvvələri 20-yə yaxın texnika və bir sursat anbarını da darmadağın edib

Baxış sayı:
2741

Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya işğalçılarının mövqelərinə 100-dən çox zərbə endirib.
Muxalifet.az
xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, Xerson və Nikolayev vilayətlərində rus işğalçıları işğal olunmuş xətlərdə güclənməkdə davam edir, aktiv hücum əməliyyatları keçirmirlər.
“Bu arada bizim raket və artilleriya bölmələrimiz aviasiya ilə birgə işləyərək, gün ərzində düşmənin mövqelərinə 100-dən çox zərbə endirib. Nəticədə döyüş sursatı anbarı məhv edilib, 75 raşistin və 20-yə yaxın texnikanın, o cümlədən 4 yedək və 2 özüyeriyən “Msta-S” haubitsasının, 4 minaatan sisteminin, 2 zirehli və 4 texnikanın, daha 2 texniki xidmət sexinin və 1 PUA-nın itkisi təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, Qara dənizin şimal-qərb hissəsində qruplaşan düşmən gəmisi qanadlı raketlər daşıyan 2 gəmi və 6 böyük desant gəmisindən ibarətdir. Eyni zamanda, düşmən “İlan adası” yaxınlığında “Serna” tipli desant gəmisinin məhv edildiyi yerdə qaldırma-xilasetmə əməliyyatlarını davam etdirir, mövqeləri təchiz etməyə və adaya texnika təchizatını təşkil etməyə çalışır.