MƏİŞƏT CİHAZLARINI SÖKÜB, “ÇİP”LƏRİNİ HƏRBİ TEXNİKALARA YERLƏŞDİRİRLƏR… - Rusiya sanksiyalardan “xilas yolu”nu tapdı!

Baxış sayı:
823

Məlum olduğu kimi, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibədən sonra dünyanın ən böyük kompüter "çip"i (yarımkeçiricilər) istehsal edən şirkətləri bu ölkəyə tədarükləri kəsməyə başladı. Bu isə, sanksiyaların məngənəsində olan Moskvanı alternativ yollar sınamağa sövq edib.

Muxalifet.az-ın məlumatına əsasən, ABŞ-ın ticarət naziri Gina Raymondo Senatın iclasında bildirib ki, Qərbin sanksiyalarından sonra Rusiya qabyuyan maşın və soyuducuların "çip"lərindən hərbi texnikada istifadə edir.

Bu yaxınlarda Ukraynanın baş naziri ilə danışan Raymondo deyib: “Biz ukraynalılardan qabyuyan maşın və soyuduculardan yarımkeçiricilərlə dolu Rusiya hərbi texnikası tapdıqları barədə yeni xəbərlər almışıq”.

Amerikalı nazir çıxışında iki rus tank istehsalçısının komponent çatışmazlığı səbəbindən istehsalı dayandırmalı olduğunu bildirərkən, Ağ Ev də Uralvaqonzavod və Çelyabinsk Traktor Zavodlarının istehsala son qoyduğunu açıqlayıb.

"Məqsədimiz texnoloji məhdudiyyətlə Rusiyanın hərbi imkanlarını şikəst etmək idi. Biz məhz bunu edirik", - nazir deyib.

Rusya yaptırımlara karşı çözümü ev aletlerinde buldu

Araşdırmalar göstərir ki, Rusiya ordusu çoxdan qərb elektronikasına arxalanır. Son illərdə Ukrayna səmasında vurulan Rusiya hərbi pilotsuz təyyarələrinin Qərb elektronikası və komponentləri ilə dolu olduğu müşahidə edilir.

Bununla belə, Moskva artıq mikroçiplərlə təchis edilmiş xarici malları ala bilməz. Bu məhdudiyyətlər bilavasitə Rusiyanın texnologiya və müdafiə sektorlarını sarsıdacaq, silah və ya süni intellekt kimi cihazların istehsalının davam etdirilməsini, hətta zədələnmiş tankların təmirini çətinləşdirəcək.