BİR GECƏDƏ YÜZLƏRLƏ İŞĞALÇI, ONLARLA TEXNİKA MƏHV EDİLDİ - Ukrayna Silahlı Qüvvələrindən Rusiyanın itkiləri haqda son açıqlama

Ukrayna Silahlı Qüvvələri Rusiya düşmən ordusunun 24500-ə yaxın hərbçisini məhv edib. Belə ki, döyüşçülər son sutka ərzində 300 nəfərə yaxın işğalçını zərərsizləşdirib.
Muxalifet.az xəbər verir ki, yenilənmiş statistikanı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi özünün rəsmi Facebook səhifəsində dərc edib.
Rusiyanın Ukraynadakı itkiləri:
Canlı qüvvə - təxminən 24,500 nəfər;
tank - 1077 ədəd;
zirehli döyüş maşını - 2610 ədəd;
artilleriya sistemi - 491 ədəd;
MLRS - 163 ədəd;
hava hücumundan müdafiə sistemləri - 81 ədəd;
təyyarə - 194 ədəd;
helikopter - 155 ədəd;
avtomobil avadanlığı və yanacaq-sürtkü materialları olan çənlər - 1867 ədəd;
gəmi / qayıq - 10 ədəd;
əməliyyat-taktiki səviyyəli PUA-lar - 303 ədəd;
xüsusi avadanlıq - 38 ədəd;
qanadlı raket - 87 ədəd.
Rusiyanın 4 may tarixinə olan itkiləri
Bütün məlumatlar müxtəlif istiqamətlərdə hərbi əməliyyatların intensivliyinə görə dəqiqləşdirilir. Son statistik məlumatları əvvəlki hesabatla müqayisə etsək, görərik ki, Ukrayna Silahlı Qüvvələri bir gündə 300-ə yaxın işğalçını məhv edib. Onlar həmçinin 15 tank, 16 artilleriya sistemi, 12 PUA, 43 zirehli döyüş maşını və digər texnikanı sıradan çıxarıblar.
Ən gərgin döyüşlər Donbassda və Xarkov vilayətində İzyum bölgəsində gedir. Donetsk və Luqansk vilayətlərində Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 12 hücumu dəf edib. İşğalçılar fəal hərbi əməliyyatların aparıldığı Popasnada irəliləməyə çalışırlar.