“MÜHARİBƏ UKRAYNA TAM QƏLƏBƏ ÇALANADƏK DAVAM EDƏCƏK” - Dövlət Departamenti savaşın nə vaxtı bitəcəyini açıqladı…

“Ukraynada müharibə yəqin ki, diplomatik yolla bitməyəcək, tam qələbə çalana qədər davam edəcək”.
Bunu “RBC-Ukrayna”ya ABŞ dövlət katibinin müavini Viktoriya Nuland müharibənin nəticəsinin necə olacağı, savaşın döyüş meydanında, yoxsa danışıqlar masasında həll ediləcəyi haqda sualına cavab verərkən deyib:
"Aydındır ki, əgər Putin səmimi şəkildə danışıqlar masasına əyləşmək istəsəydi, istədiyi an, hətta bu gecə belə, atəşkəs elan edərdi və biz masa arxasında danışıqlar apara bilərdik. Bu, düzgün, layiqli və təqdiredilən addım olardı. Deməli, bu onun öz əlindədir. Biz bunun diplomatik yolla bitməsini istərdik. Amma əgər Putin səmimi olmaq istəmirsə və əvvəlki kimi Ukraynanın təslim olmasında israr etməkdə davam edərsə, o zaman ukraynalılar da davam edəcək. Biz bu mübarizədə qalib gələnə qədər sizə kömək etməyə davam edəcəyik".
Müharibənin vaxtına gəlincə, Nuland qeyd edib ki, ABŞ Ukraynanın qələbəsinə inanır və bunun ən qısa zamanda baş verəcəyinə ümid edir:
"Ukraynanın necə inanılmaz cəsarətlə döyüşdüyünü və öz tərəfində itkilər verdiyini görürük, eyni zamanda Rusiya tərəfinin ölən və yaralananlarda böyük itkilər verdiyini görürük. Biz onların texnikasının məhv edildiyini görürük. Biz onların çoxlu sayda tankı, müasir sistemləri necə itirdiyini görürük. Bunlar Putinin əvəz edə bilməyəcəyi silahlardır, çünki bu işdə ona heç kim kömək etmir”.