“LAZIM GƏLSƏ, İSTİFADƏ EDƏCƏYİK!” - Putin Qərbi “ildırım sürətli” cavab verməklə təhdid etdi

Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiya prezidenti Vladimir Putin təhdid kimi açıqlamalar verdi.
Muxalifet.az xəbər verir ki, müharibəyə kənardan müdaxilə etməyə çalışan ölkələrə “ildırım sürəti ilə” cavab verəcəklərini ifadə edən Putin, Rusiyada rəqiblərində olmayan silahların olduğunu ifadə edərək, “lazım gələrsə istifadə edəcəyik”, - deyə təhdid dolu açıqlama verdi.
"Bizi heç kimin məğlub edə bilməyəcəyi silahlarımız var. Biz bunu nümayiş etdirmək üçün demirik, lazım gəlsə istifadə edəcəyik", - Rusiya prezidenti bildirib.
Putin hansı müdaxilənin ediləcəyinə artıq qərar verdiklərini deyib, lakin bunun nə olduğunu açıqlamayıb.
Qeyd edək ki, ekspertlə Putinin bu ifadə ilə ballistik və nüvə silahlarını nəzərdə tutduğu qənaətindədir. Rusiya işğalın başlamasından sonra strateji nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirdiyini açıqlayıb.
Analitiklər hesab edirlər ki, Putin bu təhdidləri Qərb ölkələrinin Ukraynaya daha çox kömək etməsinin qarşısını almaq üçün edib.
Bu arada, Putinin açıqlamalarına ABŞ-ın cavabı özünü çox gözlətmədi. Belə ki, ABŞ ordusu öz rəsmi hesabında Ukraynaya gedən yük təyyarəsinin fotolarını dərc etdi. Pentaqon bununla Rusiyanı Ukraynadam əğlub etməyi hədəflədiklərini açıqlayıb.
Qərb rəsmiləri bu yardımlara görə Rusiyanın Ukraynanın Donbas bölgəsində irəliləyişinin səngidiyi qənaətindədir.
Onu da qeyd edək ki, bu həftə Almaniya Ukraynaya 50 hava hücumundan müdafiə texnikası verəcəyini, Böyük Britaniya isə dəniz raketləri göndərəcəyini açıqladı.
Britaniya həmçinin Qərb ölkələrini Ukraynaya döyüş təyyarələri verməyə dəvət edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin atəşi alovlandırdığını və bunun Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini deyib.
Nüvə münaqişəsinin qeyri-ciddi qəbul edilməməsinin lazım olduğunu vurğulayan Lavrov, “Təhlükə ciddidir, realdır, onu qeyri-ciddi qəbul edə bilməzsiniz”, - deyib.