Rusiya ordusunun qərargahı və zenit-raket kompleksi məhv edildi – UKRAYNA DÖYÜŞÇÜLƏRİ İLAN ADASININ QİSASINI ALDI

Baxış sayı:
3545

Rusiya prezidenti Putinin göstərişi ilə Ukraynanın işğalı məqsədilə başlayan müharibə həftələrdir davam edir.

Xəbər verdiyimiz kimi, hücumların ilk günlərində İlan adasını əhatə edən rus işğalçıları adadakı 13 Ukrayna əsgərinə “təslim olun” çağırışı edib və onların əsgərləri bu təklifi rədd ediblər.

Rusiyanın əsgərlərə xəbərdarlığı və ukraynalı mühafizəçilərin cavablarının səs yazısı sosial şəbəkələrdə də yayılmışdı. Həmin səs yazısında Ukrayna əsgərlərinin Rusiyanın “təslim olun” çağırışına “Çıxın” deyərək cavab verdiyi eşidilirdi.

Rusiya mənbələri müharibənin ilk günlərində İlan adasına hücum zamanı bütün Ukrayna əsgərlərinin öldürüldüyünü açıqlamışdı. Lakin sonradan bu əsgərlərin sağ olduğu ortaya çıxdı və prezident Zelenski ruslara əsir düşənlərin qaytarıldığını açıqladı: 'Bəziləri öldü, bəziləri əsir düşdü. Rusiya bəzi məhbusların dəyişdirilməsini təklif etdi. Biz tərəddüd etmədən onları əvəz etdik. Ölənlər qəhrəman oldu, sağ qalanlar mübadilə üçün istifadə edildi, hamısı budur”.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, müharibənin ilk günündən simvolik əhəmiyyət kəsb edən İlan adasına Ukrayna ordusu tərəfindən hücum olub. Rəsmi məlumata görə, hücum nəticəsində adadakı Rusiya komanda mərkəzi və zenit-raket kompleksi məhv edilib.

Hələlik adadakı raket hücumu zamanı nə qədər rus əsgərinin öldüyü barədə rəsmi açıqlama yoxdur.

Bu hadisə Ukrayna mətbuatı tərəfindən “İlan adasının qisası alındı” kimi şərh edilib.

Xatırladaq ki, Ukrayna ötən həftələrdə İlan adasını mühasirəyə alan “Moskva” döyüş gəmisinə raketlə hücum edib və gəmi Qara dənizin soyuq sularına batıb.

"Moskva" kreyseri Sovet İttifaqı dövründə ölkənin cənubunda, hələ də Ukraynaya məxsus olan və işğaldan sonra rus qoşunları tərəfindən tez-tez bombardman edilən Nikolayv şəhərində istehsal olunub. 186 metr uzunluğundakı gəmi 1979-cu ildə suya buraxıldı, onun ilk adı “Slava” idi. Sonradan “Moskva” adlandırılan gəmi 2000-ci ildə Qara dəniz donanmasının ürəyinə çevrildi, 2020-ci ildə təmir edildi.

Kreyser 700 kilometr mənzilli 16 ədəd P-1000 Vulkan tipli gəmi əleyhinə raket və S-300 hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.

2015-ci ildə Rusiya donanmasının Aralıq dənizindəki daimi əməliyyat qrupuna rəhbərlik edən gəmi Suriyadakı Rusiya Hmeymim Hava Bazasının qorunmasında da mühüm rol oynayıb.