BÖYÜK BRİTANİYA UKRAYNAYA 150 MİN DOLLARLIQ “BRİMİSTONE” RAKETLƏRİ VERİR – Bu raketlər sürətlə hərəkət edən quru və dəniz hədəflərinə qarşı istifadə olunur…

Baxış sayı:
2449

Böyük Britaniya gəmi əleyhinə və “Brimstone” sinifli yüksək texnologiyalı hədəf təyinatlı raketləri Ukrayna Silahlı Qüvvələrinə ötürməyi planlaşdırır.
Muxalifet.az
“Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenlə söhbətindən sonra baş nazir Boris Conson açıqlama verib.
Baş nazir digər variantlara da baxıldığını bildirib.
Qeyd edək ki, 50 kiloqram çəkisi 1,8 metrlik “Brimstone” yerdən yerə və ya “havadan yerə” tipli, diametri 180 millimetr olan kumulyativ tandem başlığına malik raket Britaniya Kral Hərbi Hava Qüvvələri üçün MDBA beynəlxalq konsorsiumu tərəfindən hazırlanıb. Sürətlə hərəkət edən quru və dəniz hədəflərinə qarşı istifadə olunur. Məhv məsafəsi: Brimstone I - təyyarələrdən 20 kilometrdən çox, helikopterlərdən 12 kilometr; Brimstone II - müvafiq olaraq 60 kilometr və 40 kilometrdən çox. Maksimum sürət səsdən yüksəkdir (~450 m/s). Bir raketin qiyməti təxminən 150 min dollardır.