AVROPANIN “TƏHLÜKƏSİZLİK ARXİTEKTURASI” QURULUR… - “Sanksiyalarla Putinin qarşısını ala bilmərik”

“Putin hərbi xətləri dondurduğu kimi, diplomatik xətləri də açıq şəkildə dondurmağa çalışacaq və heç vaxt bitməyən müharibədə Qərbi günahlandıracaq”
ABŞ-ın məşhur "The Hill" nəşrində Rusiyanın Ukraynada dayanmayacağı, əksinə yeni rus imperiyasının konturlarının təzədən cızılmaqda olduğundan bəhs edən məqalə dərc olunub.
Qafqaz.media xəbər verir ki, məqalənin müəllifi NATO və ABŞ Dövlət Departamentində yüksək vəzifələrdə çalışmış "American Diplomacy Publishers Inc" şirkətinin rəhbəri Robert V.Pirsondur. Pirson Rusiyanın imperiya ambisiyalarının potensial qurbanları siyahısına Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldovanı aid edir. O, yazısına Türkiyə prezidenti Türkiyə prezidentini sözçüsü İbrahim Kalının bəyanatından sitat gətirməklə başlayır və Ankara rəsmisinin təbirincə desək, “Yeni təhlükəsizlik arxitekturası"na toxunur.
Rəcəb Tayyib Ərdoğanın martın 17-də Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə ayrı-ayrı telefon danışıqları ilə bağlı "New York Times"ın xəbərində Ərdoğanın baş müşaviri və sözçüsü İbrahim Kalının çox şeyə işarə edən bəyanatı diqqətdən kənarda qaldı. "Rusiyanın Ukraynaya qarşı müharibəsini tamamilə rədd etsək də, Rusiyanın iddiasına qulaq verilməlidir", - deyərək Kalın, "Çünki bu müharibədən sonra Rusiya ilə Qərb bloku arasında yeni bir təhlükəsizlik arxitekturasının qurulması lazım olacaq" sözləri ilə əslində bəyanatının mənasını açmış oldu. Bəs “Yeni təhlükəsizlik arxitekturası” nə olacaq?
Bəyandan belə nəticə hasil olur ki, Rusiyanın daha geniş təsir dairəsinə iddiası göz önünə alınmalıdır. Bu, nə ABŞ-ın, nə də NATO-nun mövqeyidir. Alyansın Ukraynanı Rusiyanın qucağına sürükləmək üçün amansız cəhdinə görə Putini nə dildə, nə də əməldə mükafatlandırmaq niyyəti yoxdur.
Bununla belə, NATO indi ukraynalılara necə kömək etdiyinə və fikrini NATO ərazisinin hər qarışının müdafiəsində cəmləşdirməkdən daha çox şey etməlidir. İndi o, hazırkı müharibənin bitməsindən sonra Avropanın təhlükəsizliyi üçün nə tələb olunduğunu açıqlamalıdır. Əgər NATO bunu etməsə Rusiyanın Şimal Alyansının bütün cəbhəyanı dövlətləri və Moldovanı qorxutmaq, təhdid etmək üçün "iştahı qabaracaq". Yuxarı ranqlı alman diplomatı Tomas Baqqer martın 27-də "Nyu-York Tayms" qəzetində bu mövqeyi belə yekunlaşdırıb: “Biz başa düşmədik ki, Putin özünü tarixi mifologiyaya çevirib və 1000 illik imperiya kateqoriyalarında fikir yürüdüb. Sanksiya ilə belə adamın qarşısını ala bilməzsiniz”.
NATO-nun Ukraynadakı müharibə fonunda hazırda "cəbhəyanı status"da olan dövlətləri Baltikyanı ərazidən Sankt-Peterburq ilə Dunay çayının ağzına qədər Avropanın ürəyində daxilə sıxılıb qalmış qövs təşkil edir. Bu, Putinin Rusiya imperiyası üçün geri qaytarmaq niyyətində olduğu ərazidir: Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan ilə NATO üzvü olmayan və hələ də Putinin işğal siyahısında olan Qərbmeylli Moldova.
Biz bilirik ki, Putin Ukrayna ilə müharibədən “sağ çıxarsa”, Rusiyanın qərbdəki hərbi mövcudluğunu mümkün qədər gücləndirmək üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa məcbur edəcək və Suriya ilə Qazaxıstanda olduğu kimi Rusiya qoşunlarının mövcudluğunu "görünməz" edəcək. Rusiya NATO üzvü olan Baltikyanı ölkələr, Polşa və Almaniyaya qarşı hədə-qorxunun yayıldığı dayaq məntəqəsi kimi Kalininqradda və Rusiyanın Baltikyanı sərhədləri boyunca fəaliyyətini artıracaq.
NATO və ABŞ onun təhdidinə məhəl qoymasa da, 2021-ci ilin dekabrında Putin nə Ukraynanın, nə də digər keçmiş Sovet dövlətlərinin NATO-ya qoşulmayacağına zəmanət tələb etməkdə, həm də alyansın Polşa, Rumıniya kimi Şərqi Avropa ölkələrindəki hərbi mövcudluğuna son verməsində israr etdi. Moskva həm də istəyir ki, NATO öz kontingentini Baltikyanı dövlətlər və Rusiyanın öz təhlükəsizliyinə təhdid hesab etdiyi Qərbi Avropa sərhədlərindən kənarda yerləşdirmədən imtina etsin.
Müasir Avropa tarixinin sərgilədiyi ən aydın dərslərdən biri budur ki, demokratik ölkələrin liderləri diktatorların və avtokratların nə kimi planları olduqlarını demələrinə inanmalıdırlar.
NATO-nun vəzifəsi müharibə başa çatdıqdan sonra Avropanın təhlükəsizlik arxitekturasının necə olmasını həll etməkdir. O vaxta qədər isə Putinin rəqabət meydanına sürəcəyi daha çox kartı var. Moskva müdafiədə qalmaqla və Ukrayna şəhərlərini bombalamağa, atəşə tutmağa davam etməklə, daha bir dondurulmuş münaqişə yaradır ki, bununla da Qərblə "sövdələşmə obyekti" formalaşdırmış olur. O, iki yeni tanınmamış “müstəqil respublikaları”- DXR-LXR-i “qorumaq”adı altında qələbəni elan etmək üçün şərait hazırlayıb. Onun diplomatik qələbəsi Ukraynanın bitib-tükənməyən müharibədən qaçmaq üçün Rusiya şərtlərini "qəbul etmək istəyi"ndən irəli gələ bilər.
Sanksiyalar qəzet başlıqlarını ələ keçirdi, lakin sanksiyalar Rusiyanın Ukraynadan geri çəkilməsinə gətirməsə, bu, ABŞ və ya NATO-nun qələbəsi deyil. Üstəlik, Putin Rusiyanın qitədəki təhlükəsizlik narahatçılığını həll etmək üçün yanvarın 26-da ABŞ-ın təklif etdiyi Moskvanın diqtə etdiyi təhlükəsizlik zəmanətini təsbit edən maddələri nizamlanma gündəliyinə əlavə edə bilər. Putinin arqumenti onun bu zəmanət tədbirlərini müzakirə etməyə razı olmasıdır. Ukraynada müharibənin başa çatması ilə Putin deyə bilər ki, indi yenidən güvən quruculuğu tədbirlərinə başlamağın doğru zamanıdır. O, hərbi xətləri dondurduğu kimi, diplomatik xətləri də açıq şəkildə dondurmağa çalışacaq və heç vaxt bitməyən müharibədə Qərbi günahlandıracaq.
Deməli, Qərbin "müdafiədə oynaması" kifayət deyil. NATO və Avropa İttifaqının vəzifəsi Qərb diplomatiyasını Soyuq Müharibəyə son qoymağa sövq edən "vəd"i yenidən gündəmə gətirməkdir - başqa sözlə bütöv və azad Avropa qurmaq. İndi imperiya müstəmləkəçiliyinin yeni dalğasına qarşı tarixin oxunu geri çevirmək üçün dönüş nöqtəsidir. NATO-nun növbəti sammitində açıq şəkildə bəyan edilməlidir ki, Avropanın demokratik və iqtisadi cəhətdən firavan gələcəyi onun üzv dövlətlərinin təhlükəsizliyi üçün zəruridir.
Qafqaz.media