Məşhur UFC döyüşçüsü olan həmyerliymiz Bakıdadır - FOTO

Baxış sayı:
2737

Məşhur UFC döyüşçüsü, həmyerlimiz Rafael Fiziev, Milli Məclisin sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bir araya gəliblər.

Muxalifet.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev məlumat verib:

“Bu gün məşhur UFC döyüşçüsü, həmyerlimiz Rafael Fizievlə görüşdük. İdmançımızla MMA ilə bağlı mövcud vəziyyəti, gələcək karyerası, planları ilə bağlı geniş şəkildə müzakirələr apardıq. Sevindirici haldır ki, ölkəmizdə son illərdə MMA döyüş növünə diqqət artmış, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bütün idmançılarımıza peşəkar karyeralarında uğurlar arzu edir, hər zaman qalib olmalarını arzu edirəm”.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev idmançının Bakıda olmağından məmnunluğunu bildirirək, idmançıya gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Rafael Fiziev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Rafael Fiziev milliyətcə azərbaycanlıdır. UFC döyüşçüsüdür. Döyüş üslubu Muay taydır.