“SİZİ DİNLƏYİRLƏR, KÖMƏK EDİN” - Medvedçukun həyat yoldaşı Ərdoğana müraciət etdi / VİDEO
13-04-2022 20:41
Baxış sayı:
1559

Ukrayna Silahlı Qüvvələri tərəfindən saxlanılan ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko ərinin azad edilməsinə köməklik göstərmək xahişi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Muxalifet.az bu haqda TASS-a istinadən xəbər verir.
“Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sözünüz dinlənilir. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçukun azad edilməsi üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz”, – Oksana Marçenko Ərdoğana videomüraciətində bildirib.