TEHRANDA 15 YAŞLI QIZA TƏCAVÜZ EDƏN 2 ƏFQAN ÖLDÜRÜLDÜ – Daha 4 nəfər isə yaralı halda həbsxanaya salınıb / VİDEO

Tehranda əfqan millətindən olan 6 gənc 15 yaşlı qıza təcavüz edib. Bu haqda Hurriyyet.az-a informasiya verən mənbənin sözlərinə görə, hadisə 2 gün əvvəl baş verib.
Belə ki, gənclər 15 yaşlı qızı yeni tikilən binaların birində saxlayaraq, günlərlə ona təcavüz ediblər. Bu müddət ərzində axtarışda olan qızın izini polislər taparaq, həmin mənzilə gəlib, əfqan gəncləri saxlayıblar.
Məlumata görə, polislər onları binadan çıxaran zaman hadisə haqda məlumatlı olan sakinlər həmin gənclərə hücum edib. İddia olunur ki, qəzəbli sakinlər təcavüzçüləri polisin əlindən alaraq, döyüblər(VİDEO). Bu zaman onlardan ikisi hadisə yerindəcə həlak olub, qalan 4 nəfəri isə polislər xilas edərək, yaralı halda həbsxanaya aparıblar.
Mənbənin sözlərinə görə, ümumiyyətlə, son vaxtlar Tehranda əfqan qaçqınların sayı sürətlə artmaqdadır. Bu səbəbdən, tez-tez insidentlər də yaşanır.
Onu da qeyd edək ki, sonuncu hadisədən sonra “Taliban” qüvvələri tərəfindən bu gün İranın Heratdakı konsulluğunun yandırıldığı bildirilir.