“RUSİYA BUNA CAVAB VERƏCƏK...” - Kremldən Putinin qızlarına qarşı sanksiyalara reaksiya

Kreml Rusiya prezidenti Vladimir Putinin qızlarına qarşı yeni sanksiyalara cavab olaraq ABŞ-ı “sərt tədbirlər”lə hədələyib. Rusiya Qərbin bu cür hərəkətlərinin beynəlxalq qanunlara zidd olduğunu bildirib.
Qafqaz.media xəbər verir ki, müvafiq bəyanatı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
Eyni zamanda o, bəyan edib ki, Rusiya Federasiyası buna qarşı “zəruri hesab etdiyi tədbirlər” görəcək.
Xatırladaq ki, ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edib. Bu sənəd təcavüzkar ölkənin bank sektoruna, ayrı-ayrı şəxslərə, o cümlədən Vladimir Putinin qızlarına qarşıdır.
Öz növbəsində prezident Vladimir Zelenski bildirib ki, Donbassda yeni qanlı dalğanın qarşısını almaq üçün Rusiya Federasiyasına qarşı həqiqətən də “ağrılı” sanksiyalar paketinə ehtiyac var.