RUS İŞĞALÇILAR OĞURLUQ ARAQDAN İÇİB, BMD-3-Ü GÖLDƏ BATIRDILAR... / Foto

Putinin işğalçı ordusunun döyüşmüləri oğurladıqları spirtli içkidən sərxoş olub, hava-desant döyüş maşınlarını (BMD-3) göldə batırdılar.
Muxalifet.az Qafqaz.media-ya istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş fotonu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da yayıb.
Fotoda su anbarında olan işğalçıların texnikasının yalnız üst hissəsi göstərilir. Eyni zamanda sahildə bir şüşə bahalı spirtli içki və rus döyüşçülərə məxsus dəbilq var.
Şəkil 72-ci OMBr-dən olan hərbçilər tərəfindən təqdim çəkilib.
"İşğalçılar tərəfindən oğurlanmış spirtli içkilərin içilməsinin nəticələri bunlardır. Rusiya BMD-3-ün ekipajı elə zənn ediblər ki, onlar "Rusiya döyüş gəmisi"nin sükanı arxasındadırlar. Nəticəni özünüz görə bilərsiniz", - açıqlamada deyilir.