​“BRÜSSELDƏ AZƏRBAYCANLA SÜLH SAZİŞİ İMZALANARSA...” - “Hraparak”: “Bu halda “Artsax”ın Rusiyaya qoşulması prosesinə start veriləcək”

Baxış sayı:
716

“Azərbaycan Paşinyanı mümkün qədər tez beş bəndlik sülh sazişi imzalamağa məcbur edir ki, bu da son olaraq “Artsaxın təslim olmasını” və “Artsaxın” Azərbaycanın tərkibinə daxil olmasını nəzərdə tutur”.
Qafqaz.media xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazır.
"Ermənistan Artsaxdan əlini üzərsə və Azərbaycanın ərazi bütövlüyünü, Artsaxın da Azərbaycanın bir hissəsi kimi tanıyarsa, o zaman bizim Rusiyanın tərkibinə daxil olmaqdan başqa çarəmiz qalmayacaq. Ona görə də imzaların toplanmasına təşəbbüs göstərəcəyik", - deyən mənbə “Artsax hakimiyyəti”nin artıq Rusiyadan “dobro” aldığını bildirir.
“Bundan əvvəl, aprelin 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan evində DQR prezidenti Arayik Arutyunyanla görüşüb və keçmiş və indiki prezidentlərin görüşləri, bir qayda olaraq, həmişə həlledici proseslər ərəfəsində baş verir. Görünür, Arayik Arutyunyan zəmanəmizin ən müdrik siyasətçilərindən biri olan Levon Ter-Petrosyanla məsləhətləşməyə gəlib”, - deyə qəzet yazır.
Beləliklə, qəzetin təbirincə desək, əgər bu sənəd Brüsseldə imzalansa, o zaman “Artsax”ın Rusiyaya daxil olması üçün dərhal siyasi prosesə başlamaq qərara alınıb. Hansı ki, hazırda bu klounların unitazları belə yoxdur. Qarabağdan qaçarkən unitazlarını da özləri ilə apardıqlarını bütün dünya gördü.