​“MAHARİBƏ HEÇ KİMƏ AMAN VERMİR...” – Ölümlə üz-üzə qalan ana 3 yaşlı körpəsinin kürəyinə görün nələr yazdı...

Baxış sayı:
784

"Bilirsiniz, bu balaca qızın kiçik çılpaq kürəyində nə üçün yazılar var? Çünki 21-ci əsrdir. Çünki Rusiya Ukraynaya hücum edib. Çünki rus faşistləri bütün dünyanın gözünün qabağında Ukraynada ukraynalı qadınları, uşaqları və qocaları öldürür, zorlayır və onlara işgəncə verirlər. Bu səbəbdən ukraynalı ana körpəsinin arxasına öz adını və telefon nömrələrini yazıb, hər an öldürülə bilər deyə”.
Qafqaz.media xəbər verir ki, bu təsirli fotonu ukraynalı jurnalist Alesya Batsman paylaşıb.
“Social Life” verilişinin aparıcısı Katya Osadçaya qızın fotosuna heç də az emosional reaksiya verməyib.
“Müharibənin dəhşətləri... Demək olar ki, ağlamırıq, uşaqlara nəyinsə səhv olduğunu göstərmək hüququmuz yoxdur, amma onlar hər şeyi özlərinə görə başa düşürlər... Mən uşaqların müharibə haqqında hekayələrini oxuyub, gizlicə ağlayıram. Oğullarım görməsin deyə. Şəkildəki Vera adlı qızdır. Veranın anası sağ qalmasa, yaxınları körpəyə sahib çıxa bilsin deyə kürəyinə ad və nömrə yazıb. İlahi, biz bütün bunlara necə dözə bilərik?!”, - deyə Osadçaya bildirib.
Qafqaz.media