“Rusiya üçün Mariupol sinələrindən asmaq istədikləri medaldır” - ZELENSKİ
5-04-2022 13:09
Baxış sayı:
820

“Rusiya üçün Mariupol onların sinəsindən asmaq istədikləri medaldır”.
Muxalifet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə müsahibəsində deyib.
O vurğulayıb ki, Ukraynanın şərqində rus işğalçılarının toplanması müşahidə olunur, lakin Rusiya Federasiyasının heç bir “böyük strategiyası” yoxdur.
O vurğulayıb ki, işğalçılar uğur əldə etmək üçün “Donbass uğrunda vuruşacaqlar”.
"Mariupol bizim üçün həyatdır, bizim üçün şəhərdir. Onlar üçün isə təəssüf ki, sinələrindən asmaq istədikləri medaldır", - Zelenski deyib.
Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, düşmən qüvvələr toplayır və Ukrayna qoşunlarını mühasirəyə almağa və Mariupolu ələ keçirməyə çalışacaq./Qafqaz.media