​“PUTİN ŞƏRQİ AVROPAYA TAM NƏZARƏT ETMƏK, NATO-NU MƏHV ETMƏK İSTƏYİR...” - NATO-nun keçmiş komandanı Rusiyanın hədəflərini açıqladı

Baxış sayı:
787

“NATO-nu və beynəlxalq sistemi qorumağın ən yaxşı yolu Ukraynaya lazım olan yardımı verməkdir”
 
“Putinin əsl məqsədi Qərb hərbi ittifaqını məhv etmək üçün Şərqi Avropaya tam nəzarəti ələ keçirməkdir”.

NATO-nun keçmiş komandanı Uesli Klark bu haqda CNN telekanalında danışıb.
"O, Ukraynanı, Baltikyanı ölkələri istəyir. Şərqi Avropaya tam nəzarət etmək, NATO-nu məhv etmək istəyir", - Klark bildirib.
O, ABŞ və onun NATO-nu Ukraynaya hərbi yardımı artırmağa, o cümlədən döyüş təyyarələri verməyə çağırıb: "Ukrayna sadəcə hazırkı döyüş meydanıdır. Amma ukraynalılar bu döyüş meydanında Rusiyanı məğlub etsələr, hər şey dəyişəcək. Ona görə də müdafiənin, NATO-nu və beynəlxalq sistemi qorumağın ən yaxşı yolu döyüş meydanında Rusiya ilə mübarizə aparmağa kömək etmək üçün Ukraynaya lazım olan yardımı verməkdir”.
Klark qeyd edib ki, Birləşmiş Ştatlar “döyüşməyə hazır olmayan ölkələrə” daim kömək edib, eyni zamanda ukraynalı döyüşmülərin bacarığı və təhsili heç bir halda Amerika hərbçilərindən aşağı deyil.
"Onlar da bizim qədər texniki cəhətdən yaxşıdırlar. Biz onlara müasir silahlarımızı veririk və onlar 24 saat ərzində hamısından istifadə edə bilərlər", - NATO-nun keçmiş komandanı izah edib.
Klark deyir ki, növbəti dəfə rus qoşunları Dneperi tutmağa çalışacaqlar. Beləliklə, Putinin qoşunları Donbasda ORDLO yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin qarşısını kəsə biləcək. Belə bir hücumu dəf etmək üçün isə ABŞ-ın təmin etdiyindən qat-qat artıq ağır hərbi texnika lazımdır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, ruslar bütün bölgəni ələ keçirmək üçün Donbassda qoşun və texnikanı yenidən toplamağa davam edir.
Ağ Evin məlumatına görə, Putin beləliklə, Kiyevə hücumun uğursuzluğu fonunda ən azı bir növ qələbə qazanmağa çalışacaq.
Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan Rusiya-Ukrayna müharibəsinin aylarla və daha uzun müddətə davam edə biləcəyini söyləyib./Qafqaz.media