RUSİYA ORDUSUNUN DAHA İKİ RAKETİ VURULDU - "Günə şad xəbərlə başlayırıq...”

Baxış sayı:
809

“Gecə saatlarında Dnepropetrovsk vilayəti üzərində Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənin iki raketi vurulub”.
Qafqaz.media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko özünün “Telegram” kanalında məlumat verib.
"Günə şad xəbərlə başlayırıq. Gecə hava hücumundan müdafiə qüvvələrimiz bölgə üzərində düşmənin iki raketini vurub. Dağıntılar kəndlərdən birində kiçik yanğına səbəb olub. Amma xoşbəxtlikdən xəsarət alan olmayıb".
Rezniçenko əlavə edib ki, saat 08.00-a olan məlumata görə, regionda hər şey qaydasındadır.
Bundan əvvəl Rusiya qüvvələri havadan Odessaya hücum edib, şəhərdə yanğınlar baş verib. Raketlərin bir hissəsi hava hücumundan müdafiə vasitələri ilə vurulub.