Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşdülər – FOTO

Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşüblər. Ukraynanın paytaxtında baş tutan bu görüşdə Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski də iştirak edib.
Muxalifet.az xəbər verir ki, Polşa hökumətinin başçısı Mateuş Moravetski öz Twitter səhifəsində görüşün fotosunu paylaşıb.
"Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada bizim hər birimizin gələcəyi müzakirə olunur. Aİ Ukraynanı dəstəkləyir, biz bu mesajı bu gün Kiyevə çatdırdıq”, o yazıb.
UNIAN daha əvvəl xəbər verib ki, siyasətçilər Kiyevdə baş nazir Denis Şmiqal və prezident Vladimir Zelenski ilə görüşəcəklər. Onlar Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyini qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləmək üçün paytaxt Kiyevə gediblər.