Baham adalarında rusların ofşor hesabları bloklandı - ​PUTİNİN ÇEVRƏSİNDƏKİ MİLYARDERLƏRƏ DAHA BİR ZƏRBƏ

Baxış sayı:
580

Baham Adaları Birliyinin Mərkəzi Bankı maliyyə institutlarına Rusiya vətəndaşları ilə əməliyyatları qadağan edib. Həmçinin, Rusiya şirkətlərinin mövcud ofşor hesabları bloklanıb.
Muxalifet.az
xəbər verir ki, Mərkəzi Bankın qərarı Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ABŞ hökumətinin qəbul etdiyi sanksiyalardan irəli gəlir.
İstisna olunmur ki, Rusiya prezidenti Vladimir Putinin çevrəsindəki bir çox məmurlar və iş adamları bu qərar nəticəsində böyük maliyyə zərbəsi alacaq.
Qeyd edək ki, Baham adaları rus iş adamları arasında ən məşhur klassik ofşor zonalardan biridir. Baham adalarındakı ofşor şirkətlər vergiyə cəlb edilmir və illik hesabatlar təqdim etmələri tələb olunmur. Ölkədə səhmdarların və şirkət rəhbərlərinin kimliyi ilə bağlı məxfilik yüksək səviyyədə qorunur. Məlumat yalnız məhkəmə qərarı ilə açıqlana bilər.