İRAQDAKI “GİZLİ MOSSAD BAZASI”NA BALLİSTİK RAKETLƏRLƏ HÜCUM… - İran Süleymaninin öldürüldüyü saatda həyata keçirilən hücumun səbəblərini açıqladı
13-03-2022 12:30
Baxış sayı:
595

İran İraqın Ərbil şəhərinə 12 ballistik raket atıb. Qafqaz.media İran KİV-lərinə istinadən xəbər verir ki, İran ordusu bölgədə yerləşdirilmiş “gizli Mossad bazası”nı məhv etməyi hədəfləyib.
İran mənbələri hücumun gecə saat 01:20-də, eləcə də 2020-ci ildə Qasim Süleymaninin öldürüldüyü vaxtda baş verdiyini qeyd edib.
Rəsmi Tehran martın 13-də səhər saatlarında “İran ərazisində bir qrup Mossad diversantının” saxlanılması barədə məlumat yayıb. İddia olunur ki, diversiya qrupunun vəzifəsi “İranda təxribat və iğtişaşlar təşkil etmək" olub.
Qafqaz.media