“RUSİYA VƏ UKRAYNA KOMPROMİSƏ YAXINLAŞIR” - Zelenskinin müşaviri

“Rusiya və Ukrayna danışıqlar prosesində kompromisə yaxınlaşır. Rusiya və Ukrayna prezidentlərinin görüşü - bütün prosedur məsələləri həll olunanda və nümayəndə heyətləri işlərini bitirəndə baş tuta bilər”.
Qafqaz.media xəbər verir ki, "Kommersant"a müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Rusiya tərəfi artıq vəziyyətə daha adekvat baxır. Lakin daha bir müddət keçməlidir ki, onlar ümumilikdə bu vəziyyətin yaranmasına 100% səbəbkar Ukrayna deyil, Rusiya olduğunu başa düşsünlər”, - Podolyak bildirib.
Məlumata əsasən, nümayəndə heyətləri davamlı olaraq videogörüşlər keçirir. Bir gün əvvəl bunu Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib.
“Ukraynalı müşavirin sözlərinə görə, tərəflər atəşkəs şərtlərini, Ukraynanın dağıdılmış infrastrukturuna dəymiş zərərin ödənilməsi məsələsini, Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması prosesini və sülh sazişinin şərtlərini müzakirə edirlər”, - “Kommersant” yazır.