​DAHA 4 TANK, 1 DÖYÜŞ MAŞINI, 11 ZERHLİ TEXNİKA… - Mariupolda Rusiya işğalçılarının hərbi karvanı məhv edildi

Baxış sayı:
661

Martın 9-da Mariupolda Rusiyaya məxsus 4 tank, 1 piyada döyüş maşını məhv edilib, daha 11 ədəd Rusiya zirehli texnikası sıradan çıxarılıb.
Qafqaz.media xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Facebook”-da yazır.
"Mariupolda patrul xidməti göstərən və sakinlərə kömək edən polis əməkdaşlarına xüsusi təşəkkürlər. Dünən dəniz piyadalarımız 4 tank və 1 piyada döyüş maşını məhv ediblər. Azov Xüsusi Təyinatlı Qüvvələrinin mühafizəçiləri işğalçılaı darmadağın edib, 11 ədəd zirehli maşın, bir qərargah vasitəsi sıradan çıxarılıb”, - deyə məlumatda bildirilir.