Böyük Britaniya Rusiya təyyarəsini saxladı – NƏQLİYYAT NAZİRİNDƏN AÇIQLAMA
9-03-2022 13:05
Baxış sayı:
527

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps “Sky News” telekanalına açıqlamasında bildirib ki, Britaniya hakimiyyəti aviasiya sektoruna tətbiq edilən sanksiyalar çərçivəsində bir Rusiya təyyarəsini artıq saxlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Artıq Farnboroda belə bir təyyarə (saxlanılmış) var, mən onu son bir neçə gündə istintaq apararkən saxlamışam”, - Şapps deyib.
Nazir bildirib ki, hazırda təyyarənin sahibi müəyyənləşdirilir.