Putinin işğalçı ordusunun hərbi karvanı Çerniqov vilayətində darmadağın edildi – FOTOREPORTAJ
9-03-2022 12:20
Baxış sayı:
823

Çerniqov vilayətində rus işğalçılarının hərbi kolonnası darmadağın edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məhv edilmiş texnikaların fotolarını paylaşıb.
"Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsi rus işğalçılarını məğlub etməkdə davam edir", - mesajda deyilir.
Bundan əvvəl, Xarkov vilayətində 93-cü motoatıcı briqadanın hərbçiləri Rusiya texnikasının karvanını məğlub ediblər. Dörd texnika məhv edilib, qalan üçü isə xəndəyə düşüb. Döyüşçülərin sözlərinə görə, işğalçıların bir hissəsi qaçıb, lakin onlar yerli sakinlər tərəfindən tutulub.
Muxalifet.az