​Ukraynada müharibə başlayandan bəri 474 mülki şəxs həlak olub, 861 nəfər yaralanıb - BMT

Baxış sayı:
673

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bu yana 474 mülki vətəndaşın Muxalifet.az xəbər verir ki, statistikaya görə, 861 nəfər xəsarət alıb. Bununla belə, BMT hesab edir ki, real itkilər daha çox ola bilər.
“Hesab edirik ki, real rəqəmlər daha yüksəkdir. Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir, döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”, - deyə BMT bildirib. .
Qeyd olunur ki, əlavə itkilər, xüsusən Volnovaxa, Mariupol və İzyumda ola bilər.
“Mülki əhalinin ölməsi və ya xəsarət alması hallarının əksəriyyəti böyük təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, - statistikada deyilir.
Qeyd edək ki, bu gün, martın 9-da Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 14-cü günü başlayıb. Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində ciddi itkilər versələr də, Ukrayna şəhərlərini, xüsusən də yaşayış məntəqələrini bombalamağa və atəşə tutmağa davam edir.