DİLAVƏR ŞAHBAZOV UKRAYNADA HƏLAK OLDU – DATÜB təmsilçisinin ölümü ilə bağlı rəsmi açıqlama

Baxış sayı:
967

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Ukraynadakı Nümayəndəliyinin Sumi bölgəsi üzrə təmsilçisi Dilavər Şahbazov Rusiya silahlılarının hücumu nəticəsində həlak olmuşdur.
Muxalifet.az
bu barədə DATÜB-ün Mərkəzi Qərargahına istinadən xəbər verir.
Qeyd edək ki, DATÜB Mərkəzi Qərargahının bununla bağlı açıqlamasında bildirilir:
“Dünya Ahıska Türkləri Birliyinin Ukraynadakı Nümayəndəliyinin Sumi bölgəsi üzrə təmsilçisi Dilavər Şahbazovun Rusiya-Ukrayna savaşı zamanı çarpaz atəş nəticəsində həyatını itirməsi haqda aldığımız xəbər hər birimizi dərindən kədərləndirdi.
Dilavər Şahbazov Ukraynadakı Axısxa Türklərinin toplum halında yaşadıqları Sumi bölgəsində axısxalıların təşkilatlanması, problemlərinin həlli istiqamətində fəaliyyət göstərən, əvəzsiz xidmətləri olan dəyərli qardaşımızdı.
Şəhidimiz Dilavər Şahbazova Allahdan rəhmət, başda kədərli ailəsi və qohumları olmaqla, bütün sevənlərinə başsağlığı veririk.
Bütün Axısxa Türklərinin başı sağ olsun.
DATÜB olaraq Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi və “Qızıl Aypara” cəmiyyəti ilə əlaqə yaradaraq, evakuasiya məsələsi başda olmaqla, Ukraynada çətin durumda qalan Axısxa Türklərinə ediləcək qida və ərzaq yardımları ilə bağlı çalışmalar sürdürülməkdədir.
DATÜB olaraq ən başlıca istəyimiz tezliklə bu savaşın durdurulması, artıq məzum və günahsız insanların ölməsinə son qoyulmasıdır.
DATÜB Mərkəzi Qərargahı
02.03.2022”.
Muxalifet.az