DATÜB nümayəndə heyəti Bursa Böyükşəhər Bələdiyyə Başçısı ilə görüşdü – ALİNUR AKTAŞ HƏR ZAMAN AXISXA TÜRKLƏRİNİN YANINDA OLACAQLARINI BİLDİRDİ / Fotolar

Baxış sayı:
1042

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Bursa üzrə nümayəndəsi Paşabek Alihan, Gürsu nümayəndəsi Əhməd Çakmak, Kestel rayonu nümayəndəsi Halil Acar, Axısxa Xalq şairi Mircevat Axısxalı, Bursa Qadın Təşkilatının nümayəndəsi Gülçehre Terzicialoğlunun yer aldığı nümayəndə heyəti Bursa Böyükşəhər Bələdiyyə Başqanı Alinur Aktaşı ziyarət ediblər.

Muxalifet.az xəbər verir ki, görüş haqda məlumat verən DATÜB-ün Bursa nümayəndəsi Paşabek Alihan bildirib: “Səmimi görüşümüzdə Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən məmnunluğumuzu ifadə etdik. Türk Birliyi adına həyata keçirilən bütün fəaliyyətlərdə Axısxa türkləri olaraq aktiv rol almaq istədiyimizi bildirdik. Hörmətli başqanımız bu məsələdə bizimlə hər zaman əlaqə saxlayacağını ifadə etdi. Onu da vurğuladı ki, Axısxa türkləri Türk Birliyi ölkələrinə təşkil olunacaq səfərlərdə və proqramlarda fəal rol oynamalıdır. Bursa, Çanaqqala, Gürcüstan səfərləri üçün bələdiyyə tərəfindən avtobusların ayrılması və yazda gözəl bir Ahıska günü proqramının keçirilməsi haqqında da danışdıq.

Sonda Bursa Böyükşəhər Bələdiyyə Başqanı Alinur Aktaşa DATÜB sədrinin salamlarını cənab Alinur Aktaşa çatdırdıq və Axısxa türkləri adından ona təşəkkürümüzü bildirib, Mircevat müəllimimizin gözəl kitablarından birini ona hədiyyə etdik".

Axısxa türklərinin ziyarətindən məmnunluğunu ifadə edən bələdiyyə başqanı Alinur Aktaş, Bursanın Axısxa türklərinin sıx yaşadığı bir vilayət olduğunu bildirib. Bələdiyyə Başqanı onu da əlavə edib ki, hər zaman olduğu kimi, bundan sonra da Axısxa türklərinin yanında olacaqlar.

Çox səmimi keçən görüşdən sonra birlikdə xatirə şəkli çəkdirilib.