​“BU, BİZİM DAXİLİ İŞİMİZ, BİZİM QƏRARIMIZDIR…” - Ərdoğan Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasından danışdı

Baxış sayı:
994

“Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü Türkiyə Cümhuriyyətinin daxili işidir”. Qafqaz.media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına dair razılaşma Türkiyə ilə Rusiya arasında əməkdaşlığın inkişafı baxımından mühüm addımdır. Rus kompleksləri çox vacib bir hücumdan müdafiə sistemidir. Onun alınması Türkiyənin daxili işidir, bu, bizim qərarımızdır. Biz bu qərarı verdik, Rusiya ilə razılaşdıq. NATO nöqteyi-nəzərindən bu qərar heç bir mənfilik gətirmir”, - Ərdoğan Trabzon şəhərində türk gəncləri ilə görüşündə deyib.
Türkiyə prezidenti hesab edir ki, NATO alyansının üzvü olan hər bir ölkənin istənilən ölkədən silah almaq hüququ var.
Xatırladaq ki, bundan əvvəl də Türkiyə Rusiyadan S-400-lərin alınması ilə bağlı ABŞ-ın tənqidlərinə cavab verib. Müdafiə naziri Hulusi Akar Türkiyənin hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət etdiyini, lakin rədd edildiyini xatırladıb.