MƏHƏRRƏM HÜSEYNZADƏ BARƏSİNDƏ HƏBS QƏRARI... - Muxalifet.az saytının əməkdaşı qanunsuz olaraq 15 gün müddətinə azadlıqdan məhrum edildi

Demokratik Qüvvələrin Milli Şurasının 28 oktyabr 2017-ci il tarixində “Talana yox” şüarı ilə keçirdiyi mitinqdə Muxalifet.az saytının fotoreportyoru Məhərrəm Hüseynzadənin saxlanıldığı haqda dəyərli oxucularımıza məlumat vermişdik.
Qeyd etmişdik ki, aksiya zamanı öz peşə fəaliyyətini yerinə yetirən M.Hüseynzadənin fotoaparatı polislər tərəfindən alınaraq sındırılıb, özü isə Yasamal rayon 29-cu polis bölməsinə aparılıb. Bölmədə iki gün qanunsuz olaraq saxlanılan və bu müddətdə dəfələrlə işgəncəyə məruz qalan M.Hüseynzadə bu gün – 30 oktaybrda Yasamal Rayon Məhkəməsinə çıxarılaraq, “polisə müqavimət göstərdiyi” iddiası ilə 15 sutka azadlıqdan məhrum edilib.
Onu da bildirək ki, fotoreportyorun vəkillə təmin olunmasına və öz hüquqlarını müdafiə etməsinə də heç bir şərait yaradılmayıb.
Muxalifet.az
Redaksiyadan: Heş şübhəsiz, M.Hüseynzadənin həbsi ölkədə söz azadlığının kobud surətdə pozulması və medianın sərbəst fəaliyyətinin məhdudlaşdırılmasıdır. Odur ki, Azərbaycanda fəaliyyət göstərən dipolmatik korpusların nümayəndlərindən bu faktı diqqətdə saxlamağı xahiş edirik.