​Muxalifet.az saytının əməkdaşı Milli Şuranın mitinqində saxlanıldı

Baxış sayı:
1852

Məhərrəm Hüseynzadənin hazırda Yasamal rayon 29-cu polis bölməsində saxlanıldığı bildirilir

Xəbər verdiyimiz kimi, bu gün – 28 oktyabr 2017-ci il tarixində Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirib.
Milli Şuranın aksiyasında Muxalifet.az saytının fotoreportyoru Məhərrəm Hüseynzadəyə qarşı mülki geyimli polis əməkdaşları tərəfindən zor tətbiq olunub. Belə ki, aksiya zamanı öz peşə fəaliyyətini yerinə yetirən M.Hüseynzadənin fotoaparatı polislər tərəfindən alınaraq sındırılıb.
Qeyd edək ki, fotoreportyor bu qanunsuzluğa etiraz etdikdə, polislər onun özünə də zor tətbiq edərk, əməkdaşımızı Yasamal rayon 29-cu polis bölməsinə aparıblar. Əldə etdiyimiz məlumata əsasən, bölmədə əməkdaşımıza işgəncə verilib və telefonu əindən alınaraq sındırılıb.
Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayırıq. Hazırda saytımızın rəhbərliyi M.Hüseynzadənin həbsinə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə əlaqə yaratmağa çalışır. Oxucularımıza ətraflı məlumat verəcəyik.