Qazaxıstan prezidenti yanvarın 11-də hökümətdə kadr dəyişikliyi edəcək
9-01-2022 19:08
Baxış sayı:
812

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə axşamına qədər Nazirlər Kabinetində dəyişiklikləri təsdiq edəcək. “RİA Novosti” xəbər verir ki, bu barədə onun mətbuat katibi Berik Uali məlumat verib.
"Yanvarın 11-də sözsüz kadr dəyişiklikləri olacaq", - Oali vurğulayıb.
Bundan əvvəl Tokayevin yanvarın 11-də yeni hökumət başçısının namizədliyini təqdim edəcəyi məlum olub.