SARKİSYANIN BADEN-BADEN MACƏRASI... - Kazinoda uduzduğu milyonlarla bağlı eks-prezidentə cinayət işi açılıb
12-10-2021 15:04
Baxış sayı:
868

Ermənistan Xüsusi İstintaq komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açılıb.
Bu barədə “Sputnik Armenia” xəbər verir.
Bildirilir ki, oktyabrın 8-də Baş prokurorluğa işin başlanması ilə bağlı materiallar daxil olub. Ona Cinayət Məcəlləsinin 308 -ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumar evlərində 100 milyon dollar uduzduğunu bildirib.