İRANDAN AZƏRBAYCANA DAHA BİR TƏHDİD: "Bir top atəşi məsafəsindəsiniz..."
28-09-2021 12:51
Baxış sayı:
8623
İran parlamentinin daha bir deputatı Azərbaycan əleyhinə sərsəm açıqlama verib.
Qafqaz.media xəbər verir ki, parlamentdə Semnan əyalətinin nümayəndəsi olan Ərdəşir Mtəhhəri öz “Twitter” səhifəsində “Türkiyə və Azərbaycanın yeni təhrikçi hərəkətlərinə” təpki verib.
Mtəhəhhəri sosial şəbəkə hesabında yazır:
“Türkiyə bir macəraya başlayır və Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalı ilə odla oynayır. Eyni zamanda, Azərbaycan Respublikası bu çürük kəndirlə (xilasedici dairə ilə) özünə böyük problemlər yaradır.
Mütəhhəri başqa bir twitində isə yazır:
Şimal qonşusunun paytaxtından İran sərhəddinin sıfır nöqtəsinə qədər olan məsafə (dostluq çərçivəsindən kənara çıxmaq istəyirsə) İran hərbi qüvvələrinin bir top atəşi qədərdir!”